23 oktyabr 2024. Çərşənbə

Ən kobud liqalar: Azərbaycan neçənci yerdədir?


Ən kobud liqalar: Azərbaycan neçənci yerdədir?
CIES futbol observatoriyası 2020-ci ilin yanvarından bəri ən çox vərəqə göstərilən milli çempionatları açıqlayıb. Corner.az xəbər verir ki, dünyanın 76 çempionatının yer aldığı siyahıya Boliviya Primera Liqası başçılıq edir.
 
Üç il ərzində Boliviya çempionatında 800 oyun keçirib ki, hər matçda orta hesabla 7,01 vərəqə göstərilib. Ümumilikdə, Latın Amerikasının 7 liqası ilk “onluğ”a düşüb. Avropanın ən çox kobudluqla diqqət çəkən çempionatı isə Portuqaliya 2-ci liqasıdı.
 
Azərbaycan Premyer Liqası da siyahıya salınıb. Çempionatımız dünyanın ən kobud 26-cı liqasıdı. Üç ildə Premyer Liqada 383 görüş olub. Hakimlər orta hesabla hər oyunda 4,81 sarı, 0,27 qırmızı vərəqə göstəriblər. Azərbaycan çempionatı 5,08 vərəqə göstəricisi ilə 26-cı pillədədi.






Xəbər news