- Xəbər news
- 22:34 14.11.2024
İngiltərədə daha iki şəxsin adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib.
Corner.Az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bunlar əfsanəvi baş məşqçilər Ser Aleks Ferqyuson və Arsen Vengerdir.
Qeyd edək ki, Ferqyuson 13 dəfə "Mançester Yunayted"lə, Venger isə 3 dəfə "Arsenal"la ölkə çempionu olub.
Əlavə edək ki, Şöhrət Zalı 2021-ci ildə açılıb və bir neçə futbolçunun adı buraya daxil olunub.