Argentina millisinin müdafiəçisi Qonsalo Montiel bir qrup şəxslə birlikdə zorlamada ittiham olunur. Corner.az xəbər verir ki, martın 30-da Argentinada ağırlaşdırılmış cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb.
Bəyanata görə, qanunsuz hərəkətlərdə mümkün müttəhimlərdən biri də "Sevilya"da çıxış edən 24 yaşlı Montieldi.
Hadisənin 2019-cu il yanvarın 1-də, futbolçunun ad günündə, yaşadığı evdə baş verdiyi qeyd olunub. Zorakılığın qurbanı Montiellə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla, oyunçunun ətrafı tərəfindən hədələr alıb.