- Xəbər news
- 21:58 14.03.2026
"Bu komandada çoxlu qol vuracağıma inanıram. Hər bir hücumçu kimi mən də bunu istəyirəm".
Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Redon Cica ölkəsinin telekanallarından birinə müsahibəsində deyib.
25 yaşlı hücumçu bildirib ki, hədəfi Ağdam klubunda əsas heyət üzvü olmaqdır: "Bu səbəbdən daha çox oynamaq şansı qazanmalıyam".
Alban oyunçu, "Qarabağ"a gələrkən çox yaxşı qarşılandığını söyləyib: "Açığı, bu cür isti münasibət gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Sadəcə, heyran qaldım".
O, Azərbaycan və Albaniya futbolunu da müqayisə edib: "Bizdən fərqli olaraq, burada çox sürətli və texnikalı oyun oynanılır. Yeganə fərq bundan ibarətdir".
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.