5 dekabr 2025. Cümə

Zeedorfun bu kluba iş üçün müraciəti cavabsız qalıb


Zeedorfun bu kluba iş üçün müraciəti cavabsız qalıb

Niderland yığmasının sabiq yarımmüdafiəçisi Rud Qullit Klarens Zeedorf haqda maraqlı açıqlama verib.

Corner.Az “Ziggo Sport”-a istinadən xəbər verir ki, o, 46 yaşlı keçmiş futbolçunun texniki direktor vəzifəsi üçün müraciətinə cavab verilmədiyini bildirib:

“Çox etibarlı mənbədən aldığım məlumata görə, Zeedorf “Ayaks”a texniki direktor vəzifəsi üçün müraciət edib, lakin ona cavab verilməyib”.

Qeyd edək ki, Amsterdam təmsilçisində bu vəzifəni hazırda Jerri Hamstra icra edir.







Xəbər news