Futbol üzrə Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Seul”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan çətin qələbə ilə ayrılıb - 3:2.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
“Daejeon” hazırda 11 xalla 2-ci pillədə qərarlaşıb.