5 dekabr 2025. Cümə

Mustafayevli Aleksandriya'dan darmadağın


Mustafayevli Aleksandriya'dan darmadağın
Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv “Vorskla”nı qəbul edib. Futbolçumuzun komandası bu görüşdə darmadağına sevinib - 3:0.
 
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
 
“Aleksandriya” hazırda 31 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news