- Xəbər news
- 22:11 05.12.2025
Bu gün “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun doğum günüdür.
Corner.az xəbər verir ki, uzun illər millimizdə çıxış edən və kapitanı olmuş təcrübəli futbolçu 1982-ci ildə Bakıda dünyaya gəlib. Sadıqovun 37 yaşı tamam olur.
Karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olan futbolçu, ölkəmizdə “Turan”, “Neftçi”, Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”, İranda isə “Fulad”da çıxış edib.
2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudur.
Corner.az olaraq biz də təcrübəli futbolçumuzu təbrik edir, öz şəxsi həyatında və karyerasında uğurlar arzu edirik!
Rəşad Sadıqovun karyerası ərzində vurduğu ən gözəl və Azərbaycan futbolu üçün vacib qollardan birini təqdim edirik. “Qarabağ”ın Avropadakı uğurlu çıxışları məhz bu qoldan, bu oyundan sonra başlayıb.