2023-cü ildə ən çox qol vuran futbolçuların adları açıqlanıb. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya yenə Markus Reşford başçılıq edir.
İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu ilk 3 ay ərzində 16 qola imza atıb. Reşfordun martda cəmi 2 dəfə fərqlənməsi üç oyunçunun ona yaxınlaşmasına səbəb olub.
Siyahıda 10 və daha çox qol vurmuş 42 oyunçu yer alıb. Martda Premyer Liqada daha 2 dəfə fərqlənən “Qarabağ”ın hücumçusu Musa Qurbanlı siyahıya düşməyə bir az da yaxınlaşıb. Hazırda millimizin qolçusunu ilin ən məhsuldarları siyahısından cəmi 2 top ayırır. Qurbanlı bu il 8 dəfə rəqib qapılarına yol tapıb ki, bunun hamısı Premyer Liqa oyunlarına təsadüf edib.
İlk “onluq” belədi:
1. Markus Reşford (“Mançester Yunayted”) – 16
2. Peter Şalulile (“Mamelodi “Sandouns”) – 15
3. Erlinq Haland (“Mançester Siti”) – 15
4. Viktor Osimxen (“Napoli”) – 15
5. Conatan David (“Lill”) – 14
6. Enner Valensiya (“Fənərbaxça”) – 14
7. German Kano (“Fluminense”) – 14
8. Lele (“Volta”) – 14
9. Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 13
10. Pedro (“Flamenqo”) – 13