24 noyabr 2024. Bazar günü

Azərbaycan klublarının dünya reytinqi


Azərbaycan klublarının dünya reytinqi
“Opta” növbəti dünya reytinqini açıqlayıb. Corner.az xəbər verir ki, “Qarabağ” yenə ilk “100-lüy”ə düşən yeganə Azərbaycan komandası olub.
 
13 min 600-dən çox klubun olduğu siyahıda Ağdam təmsilçisi 72-ci pillədə göstərilib. 3 addım geriləyən Qurban Qurbanovun kollektivinin aktivində 84,6 xal var. 
 
Premyer Liqanın digər iştirakçılarının da reytinqdəki mövqeləri müəyyənləşib. Bir ay əvvəllə müqayisədə “Neftçi”, “Sabah”, “Şamaxı”, “Kəpəz” irəliləyib, “Zirə”, “Qəbələ”, “Turan Tovuz”, “Sumqayıt” və “Səbail” geriləyib.
 
72-ci yer – “Qarabağ” (84,6 xal)
239 - “Neftçi” (77,7)
295 - “Sabah” (76,2)
644 - “Qəbələ” (72,0)
651 - “Zirə” (71,9)
1120 - “Turan Tovuz” (68,3)
1474 - “Şamaxı” (66,2)
1490 - “Kəpəz” (66,1)
1574 - “Sumqayıt” (65,6)
1811 - “Səbail” (64,5)
 
Qeyd edək ki, “Bavariya” və “Mançester Siti” hərəyə 100 xalla reytinqdə liderliyi bölüşdürür.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir