Bütün dövrlərin simvolik “11-liy”i açıqlanıb. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəmzi komandanı açıqlayıb.
Siyahıda yer alan futbolçulardan ikisi hazırda karyerasını davam etdirir. Bunlar Lionel Messi və Kriştiano Ronaldodu. Simvolik heyət 4-3-3 sxeminə uyğun qurulub.
Qapıçı: Lev Yaşin (SSRİ)
Mərkəz müdafiəçiləri: Frants Bekkenbauer (Almaniya), Franko Barezi (İtaliya)
Sağ cinah müdafiəçisi: Kafu (Braziliya)
Sol cinah müdafiəçisi: Paulo Maldini (İtaliya)
Orta sahə: Dieqo Maradona (Argentina), Xavi Ernandes (İspaniya), Yohan Kroyf (Niderland)
Sol vinger: Kriştiano Ronaldo (Portuqaliya)
Sağ vinger: Lionel Messi (Argentina)
Mərkəz hücumçu: Pele (Braziliya)