15 dekabr 2025. Bazar ertəsi

Buffon niyə PSG'dən ayrıldı?


Buffon niyə PSG'dən ayrıldı?
İtaliyalı qapıçı Canluici Buffon PSG-dən ayrılmasının səbəbini açıqlayıb.

Corner.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı qolkiper ehtiyatda oturmaq istəmədiyi üçün bu addımı atdığını bildirib: "Hələ 5 ay öncə PSG-də mənə ikinci qapıçı olmaq təklif edildi. Hər şeyi düşünmək üçün kifayət qədər vaxtım var idi. Sonda belə qənaətə gəldim ki, bu, mənlik deyil. Bu səbəbdən böyük pullardan imtina etdim və müqaviləmi uzatmamaq qərarına gəldim. PSG-nin təklifi tamamilə qanuni, anlaşılan və cəlbedici idi. Amma dediyim kimi, oynamaq istəyirəm. Paris klubundan ayrıldıqdan sonra bir neçə yaxşı təklif almışam".

Qeyd edək ki, Buffon 2018-ci ildən PSG-də çıxış edirdi.





Xəbər news