- Xəbər news
- 22:11 05.12.2025
Amerika kuboku turnirinin ilk oyununda Kolumbiyaya 0:2 hesabı ilə uduzan Argentina millisi yeni anti-rekorda imza atıb.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Argentina millisi 40 ildən sonra ilk dəfə Amerika kubokuna məğlubiyyətlə başlayıb.
Argentina millisi sonuncu dəfə, 1979-cu ildə keçirilən Amerika kubokunun ilk turunda Boliviya millisinə 1:2 hesabıyla uduzmuşdu.