“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ardıcıl üçüncü oyunda dubl edib. Corner.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının XXII turunda “Əl-Adalh”la görüşün 40 və 66-cı dəqiqələrində fərqlənib.
38 yaşlı oyunçu bundan əvvəl AVRO-2024-ün seçmə mərhələsində Lüksemburq və Lixtenşteynlə matçlarda iki qol vurub. Ronaldo bununla 5 ildən sonra ilk dəfə ardıcıl bir neçə matçda dubla imza atıb. O, axırıncı dəfə 2018-ci ildə “Real”da olarkən “Eybar”a 2, “Xirona”ya 4 qol vurub, ardından Portuqaliya millisində Misirlə yoldaşlıq görüşündə dubla imza atıb.
Qeyd edək ki, Kriştiano Ronaldo ötən ilin dekabrında “Əl-Nəsr”lə müqavilə imzalayıb.