24 noyabr 2024. Bazar günü

AFFA rəhbərliyi Portuqaliyaya getdi


AFFA rəhbərliyi Portuqaliyaya getdi
Bu gün UEFA-nın 47-ci Konqresi baş tutacaq. Corner.az xəbər verir ki, AFFA rəhbərliyi də tədbirdə iştirak edəcək.
 
Milli assosiasiyanı Konqresdə prezident Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev təmsil edəcək. Onlar Portuqaliyanın paytaxtı Lissabondakı “Lisbon Congress Center”də təşkil olunacaq Konqresə qatılacaqlar.
 
Bugünkü Konqresdə UEFA yeni prezidentini seçəcək. Bu posta yeganə namizəd olan hazırkı prezident Aleksander Çeferinin növbəti dəfə seçilməsi gözlənilir.
 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir