“Böyük beşlik”dən kənar ölkələrdə çıxış edən ən dəyərli futbolçular müəyyənləşib. Corner.az xəbər verir ki, CIES futbol observatoriyası 23 yaşadək oyunçular arasında ən bahalılarını seçib.
100 futbolçunun yer aldığı reytinqə “Benfika”nın hücumçusu Qonsalo Ramos başçılıq edir. Portuqaliyalı oyunçu 70 milyon avroya bərabər göstərilib. Onu komanda yoldaşı Antonio Silva 66 milyon avro ilə izləyir.
Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün Türkiyə yığmasındakı qardaşı Orkun Kökçü “onluğ”a düşməyi bacarıb. “Feyenord”un yarımmüdafiəçisinin transfer dəyəri 34 milyon avrodu.
İlk “onluq”:
1. Qonçalo Ramos (“Benfika”) – 70 milyon avro
2. Antonio Silva (“Benfika”) – 66 milyon
3. Qonçalo İnasio (“Sportinq”) – 62 milyon
4. Jurrien Timber (“Ayaks”) – 57 milyon
5. Kennet Teylor (“Ayaks”) – 49 milyon
6. Xavi Simons (“PSV Eyndhoven”) – 47 milyon
7. Məhəmməd Kudus (“Ayaks”) – 44 milyon
8. Yuri Alberto (“Korintians”) – 35 milyon
9-10. Orkun Kökçü (“Feyenord”) – 34 milyon
9-10. Benjamin Şeşko (“Zalsburq) – 34 milyon