Braziliya B Seriyasında yeni mövsüm ərəfəsində ən yaxşı qapıçılar seçilib. Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, 2023-cü ilin ən güclü 5 qolkiperi arasında Azərbaycanda çıxış etmiş oyunçu da var.
Bu, vaxtilə “Zirə”nin uğurları üçün çalışmış Mateus Albinodu. Bu ilin yanvarında “Londrina”dan “Botafoqo”ya keçən 28 yaşlı qapıçıya yeni komandasında inam böyükdü. Həmçinin yerli KİV də Albinonu B seriyasının ən yaxşı dəri əlcək sahiblərindən biri hesab edir.
Onunla yanaşı, Renan (“Resife”), Georgemi (“Qremio”), Kayke França (“Ponte Preta”) və Toninin (“Quarani”) də 2023 mövsümünü parlaq keçirməsi gözlənilir.
Qeyd edək ki, Mateus Albino 2020-21 mövsümünü “Zirə”də keçirib.