23 oktyabr 2024. Çərşənbə

Musanın çatışmayan bir qolu


Musanın çatışmayan bir qolu
2022-23 mövsümündə milli çempionatların ən məhsuldar futbolçuları bəlli olub. Corner.az-ın məlumatına görə, siyahıya “Mançester Siti”nin hücumçusu Erlinq Haland başçılıq edir.
 
Norveçli forvard İngiltərə Premyer Liqasında keçirdiyi 26 oyunda 28 qol vuraraq, dünyanın ən məhsuldar milli liqa oyunçusudu. İkinci pillədə “Fənərbaxça”nın qolçusu Enner Valensiya qərarlaşıb.
 
“Qarabağ”ın hücumçusu Musa Qurbanlı da siyahıya salınıb. Millimizin forvardı Premyer Liqada keçirdiyi 25 oyunda 20 dəfə fərqlənib. Gənc oyunçunu dünya bombardirlərinin cədvəlində ilk “onluq”dan cəmi 1 qol ayırır. Qurbanlı hazırda 11-ci yerdə qərar tutub.
 
İlk “onluq”:
1. Erlinq Haland (“Mançester Siti”) – 28 qol
2. Enner Valensiya (“Fənərbaxça”) – 26
3-4. David da Silva (“Persib”) – 23
Mateus Pato (“Borneo”) – 23
5-7. Henri Martin (“Amerika”) – 22
Kodjo Fo Doh Laba (“Əl-Ayn”) – 22
Harri Keyn (“Tottenhem”) – 22
8-10. Rayan Filipp (“Esperanj”) – 21
Viktor Osimxen (“Napoli”)- 21
Mettyu Şevlin (“Kolreyn”) - 21






Xəbər news