23 oktyabr 2024. Çərşənbə

2023-cü ilin ən məhsuldarları - lider dəyişdi


2023-cü ilin ən məhsuldarları - lider dəyişdi
Avropanın “böyük beşlik” ölkələrində 2023-cü ilin ən məhsuldar futbolçularının sıralamasında dəyişiklik olub. Corner.az-ın məlumatına görə, reytinqdə lider dəyişikliyi baş verib.
 
İspaniya Kral Kubokunun “Barselona” ilə yarımfinal mərhələsinin cavab matçında (4:0) het-trik edən “Real”ın hücumçusu Kərim Benzema birinci pilləyə yüksəlib. Fransalı forvard 2023-cü ildə “kral klubu”nun 22 qolunda yaxından iştirak etməklə buna nail olub. Benzema 17 dəfə rəqib qapılarına yol tapıb, 5 dəfə isə məhsuldar ötürmə verib.
 
Uzun müddət idi siyahıya liderlik edən “Mançester Yunayted”in hücumçusu Markus Reşford 16 qol+4 assistlik göstərici ilə ikinci yerə düşüb. İlk “üçlüy”ü “Real”ın digər forvardı Vinisyus Junior qapayır. Braziliyalı 18 qolda (10+8) yaxından iştirak edib.






Xəbər news