23 oktyabr 2024. Çərşənbə

UEFA əfsanəvi məşqçiləri bir araya toplayır


UEFA əfsanəvi məşqçiləri bir araya toplayır
UEFA əfsanəvi məşqçi və futbolçulardan ibarət komitə yaradacaq. Corner.az xəbər verir ki, komitənin əsas fəaliyyət istiqamətləri oyun qaydalarının dəyişdirilməsi, hakimlik, yarışların təqvimi və gənclərin inkişafı ilə bağlı məsləhətləşmələr olacaq.
 
Joze Mourinyo, Karlo Ançelotti, Zinəddin Zidan, Paolo Maldini, Fabio Kapello, Xavyer Zanetti, Luiş Fiqo, Filipp Lam, Ronald Kuman, Qaret Sautqeyt, Rio Ferdinand, Mikael Laudrup, Rafa Benites, Roberto Martines və Robbi Kin kimi ötənlərin məşhur futbolçu və məşqçiləri komitədə yer alacaqlar.
 
Xorvatiya yığmasının və “Milan”ın sabiq oyunçusu Zvonimir Boban həmin “ulduz” komissiyasına rəhbər seçilib.
 
Aprelin 24-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında komitənin ilk iclasının keçirilməsi nəzərdə tutulub.
 






Xəbər news