Esyen yenidən "Stemford Bric"də
Səbail'in futbolçusu Maykl Essyen xeyriyyə matçında meydana çıxıb.Corner.az Britaniya mətbuatına istinadən xəbər verir, qanalı futbolçu "Soccer Aid" şirkəti tərəfindən təşkil olunan UNICEF-ə dəstək xarakterli oyunda iştirak edib. Londonda "Çelsi"yə məxsus "Stemford Bric" stadionunda keçirilən görüşdə Esyenin yer aldığı dünya yığması ilə İngiltərə əfsanələri üz-üzə gəliblər. Qarşılaşmada Didye Droqba, Rikardo Karvalyo, Frenk Lempard, Co Koul, Con Terri kimi veteran oyunçularla yanaşı, qadın futbolçular da forma geyiniblər.Qeyd edək ki, əsas vaxtı 2:2 başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan Esyenin komandası qalib olub.