1 fevral 2026. Bazar günü

UEFA turnirlərində ən çox qazanan klublar


UEFA turnirlərində ən çox qazanan klublar
“Associated Press” 2021-22 mövsümü üçün klubların pul mükafatlarına görə reytinqini dərc edib. Corner.az xəbər verir ki, ən çox gəlir əldə edən komanda Çempionlar Liqasını (ÇL) və Superkuboku qazanan “Real”dı.
 
Madrid təmsilçisi bu uğura görə UEFA-dan 133,7 milyon avro alıb. Bu məbləğə turnirdə iştirak üçün əsas ödəniş, nəticələrə görə bonus və İspaniyada media hüquqları üçün ödəniş daxildi.
 
Çempionlar Liqasının finalında “Real”a uduzan “Liverpul” ümumilikdə 120 milyon avro ilə ikinci olub. “Bavariya” (110 milyon) və “Mançester Siti” (109 milyon) də 100 milyondan çox gəlir əldə edib. İlk beşliyi PSJ qapayır (92 milyon).
 
ÇL-in qrup mərhələsinin iştirakçılarının hər biri orta hesabla 61,8 milyon qazanıb. Ən az gəlir “Şerif”ə məxsusdu – 23,7 milyon avro.
Avropa Liqasının qalibi “Ayntraxt” ən çox - 38 milyon qazanıb. Konfrans Liqasının kubokunu qazanan “Roma”nın gəliri isə 19,2 milyon təşkil edib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO