26 may 2026. Çərşənbə axşamı

Qarabağ dünya reytinqində mövqeyini qorudu


Qarabağ dünya reytinqində mövqeyini qorudu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Corner.az saytı xəbər verir ki, 306 klub arasında Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” yer alır.
 
Premyer Liqanın lideri martda açıqlanan reytinqlə müqayisədə mövqeyini dəyişməyib. Ağdamlılar 149 xalla 62-ci pillədə qərarlaşıb.
 
Reytinqdə lider dəyişməyib. “Flamenqo” 327 xalla zirvədəki yerini qoruyub. “Real” 298 xalla ikinci pillədə qalıbsa, “Mançester Siti” (254) üçüncü yer yüksəlib.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı