- Xəbər news
- 21:58 14.03.2026
İngiltərənin “Çelsi” klubu yarandığı gündən bəri vergiləri çıxmaqla 1 milyard avrodan çox pul itirən ilk klub kimi tarixə düşüb.
Corner.az “The Athletic”ə istinadən xəbər verir ki, klubun ümumi dövriyyəsinin 547 milyon avrodan çox olmasına baxmayaraq, ötən maliyyə ilində təqdim edilən hesabatlara görə, "zadəganlar" 2021/2022 mövsümünü 138,1 milyon avro itkisi ilə başa vurublar.
2020/2021 mövsümündə London təmsilçisi 175 milyon avro zərər görüb. Lakin bu rəqəmə koronavirus pandemiyasının yaratdığı böhranda qismən təsiri ola bilər.
Cari mövsüm isə “Çelsi” transferlərə 600 milyon avrodan çox xərcləyib və oyunçu satışından cəmi 60 milyon avro qazanc əldə edih. Rəhbərlik sanksiyalardan qaçmaq üçün mövsümün sonunda futbolçularını məcburi şəkildə satmalı olacaq.
Qeyd edək ki, İngiltərə çempionatının reqlamentinə görə, hər bir klubun illik itkisi ardıcıl üç il ərzində 120 milyon avronu keçə bilməz.