6 dekabr 2025. Şənbə

Tonqada Argentinanı məğlub edər - Maradona


Tonqada Argentinanı məğlub edər - Maradona
Argentina futbolunun əfsanəvi futbolçusu Dieqo Maradona millinin Amerika kubokunda Kolumbiyaya 0:2 hesablı məğlubiyyətinə münasibət bildirib.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis yığmanın futbolçularını sərt tənqid edib:"Bilirsiniz, hətta Tonqa millisi də Argentinanı uda bilər. Biz bu komandaya imic qazandırmışıq. İndiki futbolçular isə bunu xərcləyirlər. Onlar millinin formasını öz anaları kimi bilməlidirlər".

Qeyd edək ki, Tonqa Krallığı Okeaniyada yerləşir. 103252 əhalisi olan ölkə FİFA reytinqində 206-cı pillədə yer alır





Xəbər news