5 dekabr 2025. Cümə

Futbolumuzun problemlərini Elnur Məmmədov aradan qaldıracaqsa...


Futbolumuzun problemlərini Elnur Məmmədov aradan qaldıracaqsa...
“Universal kadr”, hazırda Gənclər və İdman Nazirliyində ölkənin idman sahəsinə cavabdeh olan (!) Elnur Məmmədov əlində slayd, diaqramlarla gəlib, millətə futbol dərsi keçir, yol göstərir”. Corner.az xəbər verir ki, bu fikri futbol meneceri Erkin İbrahimov Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişindəki çıxışına münasibət bildirərkən deyib.
 
Bununla bağlı sosial şəbəkə vasitəsilə paylaşım edən menecer tənqidi fikirlər bildirib:  “Neftçi”nin eks rəhbəri, eks voleybol mütəxəssisi... İndi də AFFA-ya, rəhbər vəzifələrdən birinə gəlmək istəyir. Futbolumuzun problemlərini Elnur Məmmədov aradan qaldıracaqsa, 4-5 ildən sonra bizə qalan elə eks-futbol olacaq. Ağıllı “viduxa” ilə mənasız diaqramlar gətirməklə deyil, Elnur müəllim. Futbolu gərək bilib, sevəsən! Raul Qonsales futbola “Real”da başlamayıb”.
 
İbrahimovun bu fikrinə kifayət qədər reaksiya olub. Statusa rəy yazanlar Elnur Məmmədovu tənqid ediblər.
 
Futbol fanatları onun barəsində “Prezentasiyaları götürüb şablon təqdimat edir, idmandan heç bir anlayışı olmayan adamdı”, “Müqayisə etdiyi ölkələr Fransa və Braziliyadı”, “Elnur Məmmədov özü vaxtilə AFFA-da uşaq futboluna cavabdeh olmayıb ki?”, - kimi rəylər yazıblar.






Xəbər news