- Xəbər news
- 22:11 05.12.2025
Barcelona'nın və Uruqvay millisinin futbolçusu Luis Suares, köhnə komanda yoldaşı Neymara dəstək olub.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Neymarın zədə səbəbiylə Amerika kubokunun oyunlarında iştirak edə bilməməsi haqqında danışıb, bunun Braziliya millisi üçün böyük itki olduğunu deyib:“Belə bir turniri qaçıran hər bir futbolçu özünü pis hiss edər. Neymarın yoxluğu Braziliya millisi üçün böyük itkidir”.
Qeyd edək ki, Suares və Neymar “Barcelona”da birlikdə çıxış ediblər.