- Xəbər news
- 22:34 14.11.2024
Türkiyədə "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.
Corner.az-ın məlumatına görə, "Vodofon Park" stadionunda oynanılan görüşdə meydan sahibləri inamlı qələbə qazanıb - 2:0. İstanbul təmsilçisinin qələbə qollarına 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu imza atıb.
Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.
Əlavə edək ki, daha əvvəl "Qarabağ" Bakıda Türkiyə "Qalatasaray"ı ilə xeyriyyə görüşü keçirmişdi.(1:2)