Futbol üzrə Cənubi Koreya kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Geoje”ni qəbul edib. Futbolçumuzun komandası bu pyunda darmadağınla qələbə qazanıb – 4:1. Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Daejeon” ölkə kubokunun 1/8 finalında “Jeju Yunayted”lə qarşılaşacaq. Qarşılaşma mayın 24-də rəqib meydanında baş tutacaq.