23 oktyabr 2024. Çərşənbə

Flamenqo Pereyra'nı qovdu


Flamenqo Pereyra'nı qovdu
Braziliyanın “Flamenqo” klubunun baş məşqçisi Vitor Pereyranı qovub. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
54 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub.
 
Portuqaliyalı çalışdırıcı bu ilin yanvarında “Flamenqo”nun baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı cəmi 20 oyuna çıxarıb. Braziliya klubu bu görüşlərdə 10 qələbə qazanıb, 2 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
 
Vitor Pereyra “Flamenqo”dan öncə Braziliyada “Korintians”ı da çalışdırıb. O, “Fənərbaxça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo” kimi komandalara da rəhbərlik edib.






Xəbər news