Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında bir sıra məsələlər müzakirə olunub. Corner.az saytı xəbər verir ki, komitənin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə qısa məlumat verib.
Həmçinin o, futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı ilə əlaqədar təkliflər səsləndirib.
Qeyd edək ki, AFFA futbol üzrə yığma komandanın baş məşqçisi Canni de Byazinin postunda qalmasını qərara alıb.