23 oktyabr 2024. Çərşənbə

Roma 20 il əvvəlin futbolunu oynayır


Roma 20 il əvvəlin futbolunu oynayır

"Mənim üçün Mourinyo sıfırdır və sıxıcı futbol oynadır”. Corner.az xəbər verir ki, bunu İtaliya millisinin və “Roma”nın sabiq hücumçusu Antonio Kassano deyib.

40 yaşlı sabiq futbolçu yerli mətbuata açıqlamasında “Roma”nın baş məşqçisi Joze Mourinyonun oyunu tənqid edib: “Roma” gah qalib gəlir, gah da uduzur, amma onların futbolu həmişə eynidir. Heç ardıcıl üç ötürmə də etmirlər. O, özünü fenomen sayır və Qvardiola olmaq istəyir. Amma xəyallarında belə, ola bilməz. Fakt budur ki, “Roma” 20 il əvvəlin futbolunu oynayır. Mourinyo “Roma” ilə kubok qazandı, bundan sonra da istədiyini qazana bilər. Ancaq reallıq belədir ki, o, Romada ədəbsiz davranır, fəlakətlər törədir. Əksər futbolçular onun çalışdırdığı komandadan ayrılmaq istəyir”.

Xatırladaq ki, "Roma" hazırda A Seriyasının turnir cədvəlində 3-cü pillədədir. Mourinyo 2021-ci ilin yayından çalışdırdığı “Roma”nı 100-ə yaxın oyuna çıxarıb.







Xəbər news