23 oktyabr 2024. Çərşənbə

Ronaldo 50 yaşlı aktrisa ilə də eşq yaşayıb - "Gecələr yuxumu oğurlayıb" - FOTOLAR


Ronaldo 50 yaşlı aktrisa ilə də eşq yaşayıb - "Gecələr yuxumu oğurlayıb" - FOTOLAR

Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo iki övladının anası olan Corcina Rodrigez ilə 2016-cı ildən sevgilidir. Lakin ulduz futbolçunun argentinalı modellə münasibəti olana qədər həyatı heç də sakit keçməyib.

Portuqaliyalı ulduz Corcinaya qədər çox sayda eşqlər yaşayıb. Onlardan biri ispan aktrisa Sonia Monroyla olub. Bu münasibət Monroyun açıqlamasından sonra ictimaiyyətə məlum olub.

 50 yaşlı ispan aktrisa Ronaldo ilə dostu Yola Berrokal Puro Salseonun Madriddə təşkil etdiyi ziyafətlərdən birində tanış olub. Bu barədə Salseo açıqlama verib:

“Biz danışmağa başladıq. Mən Kriştiano Ronaldo ilə Soniyanın artıq bir yerdə olduğunu gördüm. Yaxşı və əyləncəli söhbətimizdən sonra ayrılmaq vaxtı gəldi. Bu zaman onlar (red - Ronaldo və başqa bir futbolçunu nəzərdə tutur) dedilər ki, "yaxşı, bəlkə sonra birlikdə hardasa oturarıq". Ertəsi gün telefonu götürdüm və gördüm ki, belə bir mesaj var: “biz buradayıq, sən haradasan?”.

Belə bir açıqlama diqqətdən yayınmayıb. İspaniya kanalarından birində yayımlanan "Socialite" proqramının efirində aparıcılar  eyni zamanda müğənni, aparıcı və blogger olan Monya ilə əlaqə saxlayıblar. O, danışmağa razılaşıb və ulduz oyunçu ilə bir neçə gecə keçirdiyini etiraf edib:

“Kriştiano Ronaldo xeyli gecələrdə mənim yuxumu oğurlayıb. Mən onu çox sevirdim, amma... Mümkün deyildi və bu hekayə elə orda da bitdi".







Xəbər news