ABŞ-ın məşhur “Time” jurnalı 2023-cü ilin 100 ən nüfuzlu şəxsinin siyahısını tərtib edib. Corner.az xəbər verir ki, dərginin rəsmi saytında qaliblər "Rəssamlar", "İkonalar", "Pionerlər", "Liderlər", "Titanlar" və "İnnovatorlar" bölmələri üzrə təqdim olunublar.
Siyahıda tanınmış idmançılar da var. Fransanın PSJ klubunun argentinalı futbolçusu Lionel Messi və ABŞ-ın "Kanzas Siti" komandasının reqbiçisi Patrik Mahoums "Titanlar", Paris təmsilçisinin digər üzvü Kilian Mbappe "İnnovatorlar", ABŞ-dan olan dağ xizəkçisi Mikaela Şiffrin isə "Pionerlər" bölməsində yer alıblar.