23 oktyabr 2024. Çərşənbə

Sabah'la Avropaya


Sabah'la Avropaya
Bu il “Sabah” tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək. Corner.az xəbər verir ki, paytaxt klubu bu tarixi anları onlarla yaşamaq üçün azarkeşləri #SabahlaAvropaya müsabiqəsinə qoşulmağa dəvət edib.
 
Müsabiqənin qalibləri komandanın Avropada keçirəcəyi oyunlara aparılacaq.
 
Müsabiqəyə qoşulmaq üçün:
 
1. Misli Premyer Liqasının 2022/23-cü illər mövsümünün sonuna qədər oyunları stadiondan izləmək lazımdır.
 
2. Oyundan selfi çəkib, klubun rəsmi saytındakı qeydiyyat formasına əlavə edərək göndərmək lazımdır.
 
3. Qeydiyyat hər oyundan sonra 24 saat ərzində doldurulub, göndərilməlidir.
 
Qeyd: Selfi verilmiş nümunəyə uyğun olmalıdır. Fotoda həm siz, həm də meydança aydın görünməlidir.
 
Müsabiqəyə mövsümün sonunda yekun vurulacaq və müsabiqə şərtlərinə tam əməl edən iştirakçılar arasından 3 nəfər qalib seçiləcək.
 
Qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz.






Xəbər news