Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədilib. Corner.az xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb.
Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra orada əyləşənlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.
Mühafizəçi mitinqi aparan şəxsi tuta bilib, daha sonra içəriyə yeni bayraq gətirilib. Eyni hal Türkiyə bayrağı gətirilən zaman da baş verib, erməni azarkeşlər də zalda fit çalmağa başlayıblar.
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir: “Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.