24 noyabr 2024. Bazar günü

Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edib


Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edib

Aprelin 15-də Qərbi Azərbaycan İcması xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Yüz ağac ək” adlı ağacəkmə aksiyası təşkil edib.

Corner.az xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qərbi azərbaycanlılarla söhbətləri, həmçinin Qərbi Azərbaycanın tarixi ilə bağlı fikirləri səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduğu zamanı səsləndirdiyi fikirlər aksiya iştirakçıları tərəfindən dinlənilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Ulu Öndər Heydər Əliyev 100 illik yubileyi münasibətilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. “Bu gün Azərbaycanın bütün bölgələrində bu yubiley böyük coşqu və qürur hissi ilə qeyd olunur. Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, adını ölkəmizin tarixinə qızıl hərflərlə yazdıran şəxsiyyətdir. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Biz bu tədbiri keçirməklə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramımızı, onun ideyalarına sədaqətimizi bir daha nümayiş etdiririk”.

Qeyd edək ki, aksiya paytaxtın Nərimanov rayonu ərazisində, Zaur Nudirəliyev küçəsi 44 ünvanında təşkil olunub.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir