Litva çempionatında 6-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun yenicə transfer olunduğu “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Qarliava”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Bu, “Yonava”nın cari mövsümdəki ilk xal olub. Komanda əvvəlki beş oyunun hamısında uduzmuşdu.
Nurlan debüt matçında start heyətdə meydana çıxıb və sonadək oynayıb.