- Xəbər news
- 01:00 22.01.2026
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxş edən Kriştiano Ronaldunun rekordunu təkrarlayıb.
Corner.az xəbər verir ki, evdə "Lans"a 3:1 hesabı ilə qalib gəldikləri çempionat oyununda fərqlənən argentinalı hücumçu Top-5 liqalarda 495-ci qolunu vurub.
35 yaşlı forvard bu göstəriciyə 572 matçda çatıb. Qollardan 103-ü penalti zərbəsindən vurulub. 38 yaşlı Ronaldo isə 495 qola 626 liqa görüşündə imza atıb. Portuqaliyalı ulduz bunların 148-ni 11 metrlik cərimı zərbəsindən vurub.