1 fevral 2026. Bazar günü

Renatlı Qrasshopper evdə uduzdu


Renatlı Qrasshopper evdə uduzdu
Futbol üzrə İsveçrə çempionatında 28-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv evdə “Sion”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb - 1:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
 
“Qrasshopper” 28 turdan sonra 34 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO