21 mart 2026. Şənbə

Sabah - Qarabağ matçına böyük azarkeş marağı


Sabah - Qarabağ matçına böyük azarkeş marağı
Misli Premyer Liqasında XXX tura yekun vurulub. Corner.az xəbər verir ki, “Sabah” bu turda “Qarabağ”la doğma meydanda qarşılaşıb.
 
“Bank Respublika Arena”da keçirilən və “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşan matça azarkeşlər tərəfindən böyük maraq olub.
 
Belə ki, qarşılaşmanı cəmi 7000 tamaşaçı tribunalardan canlı izləyib ki, bu da çempionatın XXX turunun ən yüksək, cari mövsümün isə ikinci ən yaxşı göstəricisidir.
 
Qeyd edək ki, cari mövsümün rekordu da məhz Masazırda, çempionatın XIV turu çərçivəsində baş tutmuş “Sabah” – “Qarabağ” oyununda (0:0) qeydə alınmışdı – 10000 tamaşaçı.






Xəbər news