Çexiyanın paytaxtı Praqada Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı baş assambleyası olacaq.Corner.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan Peşəkar Futbol Liqası (PFL) da təmsil olunacaq.
Belə ki, qurumun prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov bu məqsədlə Çexiyaya yollanıb. Onlar tədbirə APFL tərəfindən dəvət olunub. Elxan Səmədov və Elgiz Abbasov orada bir sıra görüşlər keçirəcəklər.
Qeyd edək ki, APFL 1997-ci ildə yaradılıb və 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. PFL isə 2013-cü ildən adıçəkilən qurumun tamhüquqlu üzvüdü.