Azərbaycanda çalışan daha bir mütəxəssis UEFA-nın Pro kateqoriyasına qovuşub. Corner.az saytı xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal diplomunu alıb.
Məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş Hakan Sünala diplom və lisenziyanı təlimatçı Aslan Kərimov təqdim edib.
Qeyd edək ki, ötən ilin dekabrında Sənan Qurbanov və Zaur İsmayılov Pro kateqoriyasını almışdı.