23 oktyabr 2024. Çərşənbə

Ronaldonun bəyəndiyi ən yaxşı heyət


Ronaldonun bəyəndiyi ən yaxşı heyət
"Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerası ərzində birlikdə çıxış etdiyi futbolçulardan ibarət simvolik “11-lik” hazırlayıb. Corner.az saytı xəbər verir ki, 38 yaşlı ulduz “Goal” nəşrinə açıqlamasında çiyin-çiyinə çıxış etdiyi ən yaxşı 11 oyunçunu açıqlayıb.
 
Portuqaliyalı futbolçu rəmzi komandanın 7 üzvünü “Real”dan seçib. Digər 4 nəfərdən 3-ü ilə “Mançester Yunayted”də, 1-i ilə də “Yuventus”da birlikdə oynayıb.
 
Qapıçı: İker Kasilyas
 
Müdafiəçilər: Marselo, Corcio Kyellini, Rio Ferdinand, Serxio Ramos
 
Yarımmüdafiəçilər: Pol Skoulz, Toni Kroos, Luka Modriç
 
Hücumçular: Kərim Benzema, Ueyn Runi, Qaret Beyl






Xəbər news