8 may 2026. Cümə

42 yaşlı futbolçu karyerasını bitirir


42 yaşlı futbolçu karyerasını bitirir

İspaniya millisinin sabiq futbolçusu Xoakin Sançes peşəkar karyerasını başa vurur.

Corner.az-ın məlumatına görə, hazırda ölkəsinin "Betis" klubunun uğurları üçün çalışan 42 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

O, cari mövsümün sonunda futbolla vidalaşacağını bildirib.

Qeyd edək ki, 52 dəfə İspaniya yığmasının formasını geyinən Xoakin Sançes "Valensiya", "Malaqa" və İtaliya "Fiorentina"sında da çıxış edib.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı