- Xəbər news
- 22:11 05.12.2025
UEFA-nın sabiq prezidenti Mişel Platini sərbəst buraxılıb.
Corner.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Onun vəkili Jan-Kristof Alke bildirib ki, Platinini şahid ifadələrini vermək üçün saxlayıblat. Bu ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər.
Azadlığa buraxıldıqdan sonra Platini isə bildirib: "Mənasız təlaş idi. Mənə Avro-2016, Rusiyadakı dünya çempionatı, PSJ və FİFA haqda sual verdilər".
Qeyd edək ki, DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan fransalı futbol funksioner dünən saxlanmışdı. Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.