Cinsi təcavüz ittihamı ilə saxlanılan “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş həbsxanadan çıxmaq istəyir. Corner.az xəbər verir ki, yanvardan həbsdə olan 39 yaşlı oyunçunu 12 ilə qədər həbs gözləyir.
Bu gün Alveşin vəkilləri hakimdən onun müvəqqəti azadlığa buraxılmasını istəyiblər. Vəkillər ilkin azadlığa çıxmağın zəruriliyini zərərçəkənin cinsi əlaqənin razılıq əsasında olması ilə əsaslandırıblar.
Sübut kimi vəkillər gecə klubunda müşahidə kameralarının çəkdiyi şəkillərlə bağlı ekspertiza rəyi veriblər. Müdafiə tərəfi, şəkillərin təqsirləndirilən şəxsin cinsi əlaqədən əvvəl flört etdiyini, birlikdə rəqs edərək içki içdiyini daha sonra qızın könüllü olaraq futbolçu ilə getdiyini təsdiqlədiyini diqqətə çatdırıblar. Bundan əlavə, vəkillər məhkəməni "sambaçı"nın İspaniyanı tərk etməyəcəyinə inandırmağa çalışıblar.
Qeyd edək ki, yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulan Alveşin fevralın 21-də Barselona məhkəməsi tərəfindən girov qarşılığında zaminə buraxılma tələbini rədd etmişdi.