“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Əl-Hilal”la çempionat oyunundan (0:2) sonra azarkeşlərə göstərdiyi ədəbsiz jestinə görə cəzalandırılmayacaq. Corner.az saytı xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Assosiasiyasının İntizam və Etika Komitəsinin açıqlamasında bildirilib.
Qurum hadisəni araşdırdıqdan sonra ulduz oyunçuya cəza verilməyəcəyini qərara alıb. Komitə sosial şəbəkələrdə yayımlanan videolara deyil, qarşılaşmanın yalnız rəsmi yayımına baxıldığı üçün Ronaldo cəzadan qurtulub.
Qeyd edək ki, XXV tur görüşünüdən sonra azarkeşlərin “Messi” deyə qışqırmasına Ronaldo əli ilə ədəbsiz jest edərək qarşılıq verib.
Əlavə edək ki, mövsümdə üçüncü məğlubiyyətini alan “Əl-Nəsr” 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.