23 oktyabr 2024. Çərşənbə

Qarabağ'dan azarkeşlərə bayram hədiyyəsi


Qarabağ'dan azarkeşlərə bayram hədiyyəsi
"Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib. Corner.az xəbər verir ki, Ağdam klubu bu gün keçiriləcək "Qarabağ" - "Zirə" oyununa girişi pulsuz edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu oyuna bilet almış azarkeşlər növbəti ev oyunu - "Qəbələ" ilə matçda həmin biletdən istifadə edə biləcəklər.
 
Bugünkü qarşılaşma üçün isə yalnız VIP biletlər satışda olacaq.
 
Xatırladaq ki, Premyer Liqanın 31-ci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Zirə" oyununa saat 20:00-da start veriləcək.






Xəbər news