23 oktyabr 2024. Çərşənbə

UEFA ulduzların bir araya gələcəyi vaxtı açıqladı


UEFA ulduzların bir araya gələcəyi vaxtı açıqladı
UEFA qurumun Futbol Şurasının ilk iclasının vaxtını açıqlayıb. Corner.az saytı xəbər verir ki, tədbir aprelin 24-də baş tutacaq.
 
Şuranın yaradılması aprelin əvvəlində Lissabonda keçirilən iclasda İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib. İlk iclasın gündəliyinə UEFA müdaxilə xətti, VAR, həndbol və oyunçu davranışı, hakimlik, həmçinin futbolda rəqabət və tibbi xidmət kimi məsələlərinin müzakirəsi daxildi.
İdarə Heyətinin üzvləri Joze Mourinyo, Karlo Ançelotti, Zinəddin Zidan, Paolo Maldini, Fabio Kapello, Xavyer Zanetti, Luiş Fiqu, Filipp Lam, Ronald Kuman, Qaret Sautqeyt, Rio Ferdinand, Mikael Laudrup, Rafael Benites, Roberto Martines, Predraq Miyatoviç, Yurgen Klinsmann, Rudi Völler, Petr Çex, Xuan Mata, Robbi Kin, Patrik Vieyra, Henrik Larsson, Erik Abidal və Qaret Beyldi.
 
İclasa UEFA-nın texniki direktoru və futbol üzrə rəhbəri Zvonimir Boban sədrlik edəcək.






Xəbər news